Nazarbayevdən hökumətə təklif: «Kazarma rejiminə keçin»
15 fevral 2014 02:46 (UTC +04:00)

Nazarbayevdən hökumətə təklif: «Kazarma rejiminə keçin»

Qazaxıstan prezidenti Nursultan Nazarbayev hökumətin iclasında verdiyi tapşırıqların icarsına ciddi şəkildə nəzarət edəcəyini bildirib.

 

Lent.az-ın «ineterfaks-Kazaxıstan»-a istinadən məlumatına görə, nazirlər kabinetinin genişləndirilmiş iclasında prezident deyib: «Hökumətin iclasında çox ciddi tapşırıqlar sadaladım: qanun layihələri, gündəlik işlə bağlı konkret sənədlərin hazırlanması. Bu tapşırıqları yerinə yetirmək üçün obrazlı şəkildə ifadə etsəm, hökumət kazarma rejimində, 24 saat çalışmalıdır».

 

N.Nazarbayev tapşırıqlarının hər bəndinin icrasına nəzarət edəcəyini vurğulayıb: «Prezident aparatı bütünlükdə bu işin icrası ilə məşğul olacaq. Qarşıya qoyulan tapşırıqları yerinə yetirməyimiz bundan asılıdır. Ən əsası odur ki, həmin tapşırıqları icra etmək üçün bizim hər cür imkanımız var. Bizə yalnız işləmək lazımdır. Tələb çox sərt olacaq. Baxaq, görək, kimin qabiliyyəti nəyə çatır». 

# 526
avatar

Oxşar yazılar