NATO-nun baş katibi: «Karzay odla oynayır»
04 fevral 2014 05:39 (UTC +04:00)

NATO-nun baş katibi: «Karzay odla oynayır»

«ABŞ-la təhlükəsizlik haqqında müqaviləni imzalamaqdan imtina etməklə Əfqanıstan prezidenti Həmid Karzay odla oynayır».

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu bəyanatı NATO-nun baş katibi Andres Foq Rasmussen verib.

 

«BBC»-nin «Newsnight» proqramına  müsahibəsində o, Karzayın NATO-ya qarşı tənqidi  çıxışına münasibət bildirərək, məyus olduğunu deyib.

 

Rasmussenin sözlərinə görə, NATO ölkələrin Əfqanıstanın gələcəyi üçün çoxlu qan töküb və güc sərf edib: «Bunun qarşılığında Əfqanıstan xalqı və onun rəhbərliyindən azacıqda olsa ehtiram gözləyirdik».

 

Baş katibi 2014-cü ilin aprelində seçiləcək yeni  prezidentin müqaviləni imzalayacağına ümidvar olduğunu bildirib.

 

Rasmussen onu da çatdırıb ki, Əfqanıstanın təhlükəsizlik haqqında müqaviləni imzalamaqdan imtinası beynəlxalq maliyyə qurumların bu ölkəyə yardımla bağlı  öhdəliklərini dəyişdirə bilər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1053
avatar

Oxşar yazılar