Müxalifətlə hakimiyyət barışıq əldə edib
20 fevral 2014 02:18 (UTC +04:00)

Müxalifətlə hakimiyyət barışıq əldə edib

Fevralın 19-da gecə saatlarında Ukrayna prezidenti Viktor Yanukoviç müxalifət liderləri ilə görüşüb.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, «Batkivşina»-nın lideri Arsen Yatsenyuk bildirib ki, dövlət başçısı ilə görüş zaman barışığa nail olublar.

 

«Batkivşina»-nın mətbuat xidmətinin məlumatına əsasən, Ukraynanın sosial-siyasi böhrandan çıxmasının tənzimlənməsi ilə bağlı danışıqlara başlamaq haqda tərəflər razılığa gəlib.

 

«Müsbət xəbərlər də var. Maydana basqın və təmizlənməsi planı ləğv edilib. Barışıq elan olunub və vəziyyətin sabitləşməsi üçün danışıqlara başlanılacaq» - deyə, Yatsenyuk vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 829
avatar

Oxşar yazılar