Müxalifət və hakimiyyətin tərəfdarları Venesuala küçələrində
15 fevral 2014 23:40 (UTC +04:00)

Müxalifət və hakimiyyətin tərəfdarları Venesuala küçələrində

Venesuelada etiraz aksiyaları yeni mərhələ keçib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ölkə paytaxtı Karakasda müxalifətçilərlə yanaşı prezident Nikolas Maduronun  tərəfdarları da aksiya keçirmək üçün küçələrə çıxıb.

 

Xatırladaq ki, fevralın 13-də tələbələrin hakimiyyətə qarşı aksiyası zamanı 3 etirazçı qətlə yetirilib, yüzlərə tələbə həbs olunub.

 

Venesuela prezidenti Maduro isə baş verənləri «dövlət çevrilişinə cəhd» kimi qiymətləndirərək, tərəfdarlarını «sülh uğrunda yürüşə» çıxmağa çağırıb.

 

Müxalifət polisin qəddarlığını vurğulayaraq, fevralın 13-də törədilmiş qətlin məsuliyyətini hakimiyyətyönlü qüvvələrin daşıdığını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780
avatar

Oxşar yazılar