Müxalifət Yanukoviçlə danışıqların nəticəsindən danışıb
Kiyevdə avrointeqrasiyaçıların Maydanda keçirilən mitinqində müxalifət olan «UDAR» Partiyasının lideri Vitali Kliçko və «Svoboda» Birliyinin sədri Oleq Tyaqnibok ölkə prezidenti Viktor Yanukoviçlə keçirdikləri görüşlə bağlı məlumat veriblər.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, V.Klçiko deyib ki, görüşdə «növbədənkənar prezident seçkisinin keçirilməsi» ilə bağlı suala cavab almayıblar.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin istefasına isə hakimiyyət Ali Radanın, parlamentin yığıncağından sonra Baxa biləcəyini deyib.
Bundan başqa hakimiyyət «16 yanvar qanunlarının» ləğvi məsələsinə baxmağa hazır olduğunu bildirib. Həmin qanunlarda KİV, sərbəst toplaşmaq və başqa azadlıqların məhdudlaşdırılması nəzərdə tutulub.
«Bu qanunlar ləğv edilərsə, biz sövdələşə bilərik» -deyə, Kliçko bildirib.
«UDAR»-ın lideri deyib ki, yarışmaq istəmədiyindən «liderlik məsələsi də gündəliyində yoxdur».
V.Kliçko etirazçıları qan tökülməsindən yayınmağa çağırıb.
Xatırladaq ki, yanvarın 22-də müxalifət təmsilçiləri hakimiyyət təmsilçiləri, o cümlədən prezident Viktor Yanukoviçlə 3 saatlıq görüş keçirib.
***
20.16
Ukrayna parlamentindəki müxalifət fraksiyasının liderləri prezident Viktor Yanukoviçin administrasiyasının binasını şərh vermədən tərk ediblər.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, yanvarın 22-də müxalifət liderləri ilə Ukrayna təhlükəsizlik şurasının katibi Andrey Klyuev arasında ölkədəki mövcud siyasi böhran müzakirə edilib.
Müxalifətdə olan «UDAR» Partiyasının lideri Vitali Klçko və «Batkvişina»-nın sədri Arsen Yatsenyuk KİV-ə görüş barədə məlumat verməyiblər.
«Biz Xalq Şurasında danışacağıq» -deyə, Kliçko bildirib.