Müsəlman əhali MAR-dan qovulur
08 fevral 2014 05:48 (UTC +04:00)

Müsəlman əhali MAR-dan qovulur

Mərkəzi Afrika Respublikasının (MAR) paytaxtı Bangi şəhərini Çad hərbçilərinin müşayiəti ilə bir neçə min müsəlman sakin tərk edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onların evlərini tərk etməsinə səbəb dini zəmində hücum və təzyiqlərin artması göstərilib.

 

Xristianlardan ibarət kütlə müsəlmanları şəhərdən çıxaran maşın karvanını alqışla yola  salıblar.

 

Mənbə bildirib ki, maşından düşən bir nəfəri həmin kütlə didib, parçalayıb.

 

Xəbərə əsasən, paytaxt Bangi və ölkənin bir sıra şəhərlərinin müsəlman məhəllələri boşalıb.

 

Beynəlxalq Cinayət Məhkəməsi ölkədəki bu olayları hərbi cinayət adlandıraraq, cinayət işinin açıldığını elan edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 639
avatar

Oxşar yazılar