Mühacirlər Rusiya tarixindən də imtahan verəcək
21 dekabr 2013 02:35 (UTC +04:00)

Mühacirlər Rusiya tarixindən də imtahan verəcək

Rusiya Dövlət Duması ölkədə müvəqqəti yaşamaq, işləmək istəyən mühacirlərin rus dili və Rusiya tarixindən məcburi imtahan verməsi ilə bağlı qanunu 3-cü oxunuşda qəbul edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu qanun 2015-ci il yanvarın birindən qüvvəyə minəcək. İmtahan verməsi ilə bağlı həmin əcnəbilər ya şəhadətnamə təqdim etməli, ya da 1991-ci  il sentyabrın 1-dək SSRİ-də təhsil aldığına dair sənəd verməlidir. Şəhadətnamə imtahan verəndən sonra 5 il müddətinə etibarlı olacaq.

 

Məcburi imtahanlardan 18- 60 yaş arasında olan yüksək ixtisaslı mütəxəssislər, eləcə dövlət proqrammı çərçivəsində könüllü olaraq Rusiya köçənlər azad ediləcək.

 

Qanun qüvvəyə minənədək Rusiyada oturum izni alanlar da bu müddətin uzadılması üçün imtahana verməsini təsdiqləyən uyğun şəhadətnamə təqdim etməlidir.

 

2012-ci ilin payızından tikinti, ticarət və xüsusi xidmət sahələrində işləyən mühacirlər imtahan verirdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670
avatar

Oxşar yazılar