ABŞ-ın Konnektikut ştatındakı məktəbdə 27 nəfərin ölümü ilə nəticələnən faciəli olayların təkrarlanmaması üçün çeşidli tədbirlər görülür.
Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, ölkənin Utah ştatındakı atıcılıq federasiyası bölgədəki məktəblərdəki 200 müəllimə 6 saat ərzində silahdan istifadə təlimini verib.
Müəllimlər bu təlimlərin faydalı olacağını düşünürlər. Bununla belə ölkədə silah satışı ilə bağlı fikir ayrılığı, müzakirələr davam etməkdədir. Müəllimlərin silahlandırılmasına qarşı çıxanlar hesab edib ki, şagirdlər müəllimlərinin silahını qəsb edib, qanlı olay törədə bilər.