Mübarək məhkəməyə ilk dəfə klassik kostyumda görünüb
20 fevral 2014 05:53 (UTC +04:00)

Mübarək məhkəməyə ilk dəfə klassik kostyumda görünüb

Fevralın 19-da Qahirədə Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin və iki oğlunun məhkəmə prosesi bərpa olunub.

 

Lent.az-ın «nyusru» -ya istinadən məlumatına görə, «Röyter» bildirib ki, H. Mübarək həbs olandan sonra məhkəməyə məhkum geyimində deyil, ilk dəfə klassik kostyumda görünüb.

 

Ona qarşı 4 ittiham irəli sürülüb. Onlardan biri dövlət əmlakını mənimsəməkdədir. 85 yaşlı siyasətçi və oğulları dövlət büdcəsindən təmir və bərpa işləri üçün  ayrılan maliyyə  vəsaitini mənimsəməkdə də ittiham olunurlar.

 

Məhkəmə yenə təxirə salınıb.

 

Xatırladaq ki, ötən il Hüsnü Mübarək barəsində həbs qətimkan tədbiri ləğv edilib. Xəstəliyi ilə əlaqədar o, ev dustaqlığını Qahirədəki Mərkəzi hərbi xəstəxana ilə əvəzləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 910
avatar

Oxşar yazılar