Mozambikdə leysan nəticəsində 36 nəfəri selə qurban olub. Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, 85 min insan təbii fəlakət ucbatında öz yurdunu tərk edib. Zərərçəkənlərə 11 milyon avro yardımın lazım olduğunu bildirirlər.
BMT beynəlxalq ictimaiyyəti Mozambikə yardım etməyə çağırıb.
Ölənlərin çoxu Qaza əyalətinin sakindir – 26 nəfər. Mənbənin bildirdiyinə əsasən, son 12 gündə Mozambikin mərkəzi əyalətlərinə üç aylıq norma həcmində yağış yağıb.
«Bizə heç kim yardım etmir. Yeməyə yemək, yatmağa yer də tapmırıq. Biz yemək və üstümüzü örtməyə bir şey istəyirik»-deyə, qaçqınlardan biri söyləyib.
Hər il yağış mövsümündə Mozambikdə çayların səviyyəsi artır. 2000-ci ildə baş vermiş sel 800 nəfəri aparıb, bir milyona yaxın insan isə evsiz qalıb.