Moskvanın cənubunda qaz balonunun partlaması ilə əlaqədar Pedaqogika küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, polis sürücülərə alternativ yol seçməyi məsləhət görüb.
Mənbə bildirib ki, olay yerinə Moskva şəhər polis rəisi də gedib.
Hadisə nəticəsində ərzaq satışı çadırının yaxınlığında dayanan iki avtomobilə ziyan dəyib. Bundan başqa dalğa zərbəsi bir qadının ayağını sındırıb.