Moskva polisi paytaxtın ən böyük meyvə-tərəvəz bazarından biri olan “Doroqomilovski”də reyd keçirib. Bu barədə Lent.az-a Moskvada yaşayan soydaşımız İdrak Camalbəyli bildirib.
Onun sözlərinə görə, polis və miqrasiya xidmətinin əməkdaşları “Doroqomilovski” bazarını mühasirəyə alaraq geniş miqyasda reyd keçirib, 200-ə yaxın qeyri-leqal miqrant saxlanılıb. Onların arasında onlarla azərbaycanlı da var.