Rusiyanın paytaxtı Moskvada sərnişin təyyarəsi “Kiyev şossesi”nə sərt eniş edib, nəticədə qəzaya uğrayıb. Lent.az-ın məlumatına görə, “Red Wings” şirkətinə məxsus “Tu-204” təyyarəsi “Vnukovo” hava limanının uçuş-eniş zolağının hüdudlarından kənara çıxdıqdan sonra yanıb.
Bu səbəbdən, təyyarə sərt eniş edib. Hadisə nəticəsində yaralananların olduğu bildirilir. Hətta müxtəlif mənbələr sərt eniş zamanı ölənlərin olduğunu da qeyd edirlər. “Rossiya 24” telekanalı 6 ekipaj üzvünün xəsarət aldıqlarını xəbər verib. Hadisə yerini nəqliyyat polisi əhatəyə alıb.
Təyyarə Moskvaya Çexiyadan uçurmuş. Onun içində ekipaj üzvlərindən başqa 12 nəfər sərnişin də olub.