Rusiyanın paytaxtı Moskvadakı “Vnukovo” hava limanı yaxınlığında qəzaya uğrayan “Tu-204” təyyarəsi ilə bağlı maraqlı fakt üzə çıxıb. Lent.az-ın məlumatına görə, “Red Wings” şirkətinə məxsus təyyarədən əvvəllər Rusiyanın futbol üzrə milli komandası yararlanıb.
Məlumata görə, şimal qonşularımız 2009-2010-cu illərdə müxtəlif oyunlara məhz bu hava nəqliyyatı ilə yollanıb. Belə səfərlərdən biri də Bakıya edilib. Uçuş 2009-cu il oktyabrın 14-də Azərbaycan və Rusiya yığmaları arasında keçirilmiş 2010-cu il dünya çempionatının seçmə qrup matçı ilə bağlı olub. Həmin oyun isə 1:1 hesablı ilə nəticələnib.
Qeyd edək ki, ötən gün baş vermiş qəza nəticəsində təyyarədə olan 8 ekipaj üzvündən 4-ü ölüb, 4-ü yaralanıb.