Moskvada hava limanlarında siqaret çəkənlərin otağı bağlanıb
01 iyun 2013 03:45 (UTC +04:00)

Moskvada hava limanlarında siqaret çəkənlərin otağı bağlanıb

 Moskvanın bütün hava limanlarındakı avia qovşaqlarda siqaret çəkmək üçün ayrılan otaqlar bağlanacaq.

 

Lent.az-ın Rusiya informasiya vasitələrinə istinadən məlumatına görə, «Domodedovo» hava limanından bildirilib ki, iyunun birindən etibarən müştərilərin siqaret çəkməsi üçün ayrılan otaqlar qapadılacaq.

 

«Şeremetevo»-dan verilən məlumata əsasən,buna səbəb Rusiya dövlət Dumasının qapalı yerlərdə siqaret çəkməyi yasaqlayan qanunun iyunun birindən qüvvəyə minməsi göstərilib.

 

Şirkətdən onu da bildirib ki, siqaret çəkmək üçün ayrılmış otaqları yenidən quraraq, uşaqlar, uşaqlı analar və körpələr otağı edəcəklər.

 

«Vnukovo»dan verilən xəbərə əsasən, oradakı siqaret çəkənlərin otaqları iki həftədən artıqdır bağlanıb. 

# 377
avatar

Oxşar yazılar