«Kalaşnikov» avtomat silahının yaradıcı Mixail Kalaşnikovun dəfn mərasimi dekabrın 27-də Moskvada keçiriləcək.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bunu Udmurtiya prezident və hökumət administrasiyası başçısının müavini Denis Loginov bildirib.
Onun sözlərinə əsasən, M.Kalaşnikovla İjevskdə vida mərasimi dekabrın 25-də keçiriləcək.
Xatırladaq ki, bu gün dünyanın ən qaynar münaqişəli nöqtələrində yeniyetmələrində əlində tutduğu «Kalaşnikov»-un yaradıcı dekabrın 23-də 95 yaşında Udmuriyada uzun sürən xəstəlikdən sonra vəfat edib.
O, bu silahı 1947-ci ildə ixtira edib.