Dekabrın 29-da axşam saatlarında Moskva ətrafının cənub-şərqində inkassatora basqın edilib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, olay nəticəsində pul daşıyanlardan biri öldürülüb, o biri isə yaralanıb.
Mənbə bildirib ki, «MEQA- Balaya daça» ticarət mərkəzindən gündəlik pulu daşıyanlara naməlum şəxslər silahlı basqın edib.
«Pul daşıyanlar əllərində çatan dayanacaqda onları gözləyə zirehli maşına doğru gedərkən, basqınçılar onlara atəş açıb. Əməkdaşları güllələyəndən sonra pulu götürüb, gediblər. Soyğunçular gizlənib» - deyə, mənbəyə bildiriblər.
«İTAR-TASS»-ın məlumatına görə, hüquq-mühafizə orqanları bildirib ki, soyğun nəticəsində quldurlar 12 milyon rubl ələ keçirib.
Aldığı yaradan inkassatorlardan biri ölüb, o birinə isə həkimlər tibbi yardım göstərib.