Monqollar «Lenin»i hərraca çıxarıb
11 yanvar 2013 04:46 (UTC +04:00)

Monqollar «Lenin»i hərraca çıxarıb

Dünya proletarlarının lideri Vladimir İliç Leninin bürüncdən olan heykəlini ötən ilin oktyabrında söküblər.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu abidəni ölkə paytaxtı Ulan-Batorda hərraca çıxaracaqlar.

Mənbənin bildirdiyinə əsasən, hələlik hərracın keçiriləcəyi vaxt təyin olunmayıb. Bununla belə «monqol Lenin»in başlanğıc qiyməti açıqlanıb - 1,2 milyon rubl.

Paytaxtın uyğun qurumu artıq tədbirdə iştirak edəcəklərin ərizələrini qəbul etməyə başlayıb. Hərrac açıq şəkildə, KİV-in iştirakı ilə keçiriləcək.

Mənbənin xatırlamasına əsasən, «bürünc Lenin» təxminən 60 il öncə Ulan-Batordakı mehmanxanalardan birini qarşısına qoyulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 761
avatar

Oxşar yazılar