Moldova vətəndaşları AB ölkələrinə vizasız gedəcək
13 fevral 2014 07:40 (UTC +04:00)

Moldova vətəndaşları AB ölkələrinə vizasız gedəcək

Avropa parlamentinin vətəndaş azadlığı, ədliyyə və daxili işlər üzrə komitəsi Moldova vətəndaşlarının Şengen müqaviləsi ölkəlinə vizasız rejimin tətbiqi haqda hesabatı təsdiqləyib.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, ölkənin baş naziri Yurie Lyanke və nazirlər kabinetinin üzvləri bu qərarı alqışlarla qarşılayıb.

Baş nazir bildirib ki, Avropa Birliyi ilə təsdiqlənmiş plana uyğun olaraq, Moldova vizasız rejimlə bağlı bütün öhdəlikləri yerinə yetirib. Bu il fevralın 25-də Moldova vətəndaşları üçün vizanın liberallaşdırılması haqda qərarı Avropa parlamenti, martda isə Avropa Birliyinin ədliyyə və daxili işlər nazirləri təsdiqləyəcək.

Avropa parlamentinin Moldovaya vizası rejimin tətbiqi üzrə təmsilçisi Tanya Fayon bu il yanvarın sonunda ölkə paytaxtı Kişineuda olarkən, demişdi ki, AB-nin vizasız rejimlə bağlı qərarı bu il iyulun birində qüvvəyə minəcək.

 

Həmin tarixdən Moldova vətəndaşları birliyə üzv olmayan Norveç, İsveçrə və Lixtenşteyn də daxil olmaqla AB-yə üzv dövlətlərə vizasız səfər edə biləcək. Bundan başqa ölkə vətəndaşları Şengen müqaviləsinə üzvlüyə namizəd Rumıniya, Bolqarıstan, Kiprin yunan hissəsinə də vizasız getmək hüquq əldə edəcək. Bundan başqa AB-yə üzv olub, Şengənə qoşulmayan Britaniya, Şimali İrlandiya və Danimarkaya vizasız rejim şamil edilməyəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626
avatar

Oxşar yazılar