MKİ-nin yanlışlığı 80 min dollara başa gəlib
14 dekabr 2012 07:15 (UTC +04:00)

MKİ-nin yanlışlığı 80 min dollara başa gəlib

0

Almaniya vətəndaşı yanlışlıq ucbatından terrorçuluqda şübhəli bilinərək,  4 ay ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gizli həbsxanasında saxlanılıb.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, buna görə Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə 80 min dollar kompensasiya alıb.

Məhkəmə Livanda anadan olmuş Xalid Məsrinin 2003-cü ilin dekabrında Makedoniyada məzuniyyətdə olduğunu təsdiqləyib. Həmin vaxt oxşar soyadlı birisi  dəyişik salan MKİ Almaniya vətəndaşını terrorçuluqda şübhəli bilərək həbs edib.

Onu paytaxt Skopye hava limanında tutub, döyüb, zorla imalə etdirdikdən sonra Əfqanıstana aparıblar. Baş vermiş bu olaya görə, məhkəmə Makedoniya hakimiyyətini suçlu bilib.

 

Hüquq müdafiəçiləri bunu «tarixi qərar» adlandıraraq, Avropa dövlətləri tarixində MKİ- nin gizli proqramında iştirakına görə  Makedoniyanı günahlandırıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 866

Oxşar yazılar