Misir tarixində ilk dəfə olaraq, qadın siyasi partiyaya başçılıq edəcək.
Lent.az-ın «nysuru»-ya istinadən məlumatına görə, 59 yaşlı Hala Şükrulla Konstitusiya Partyasına sədr seçilib. O, bu postda Məhəmməd əl-Baradeyi əvəz edib.
«Əl-Əhram» qəzeti qeyd edib ki, Hala Şükrulla həm də xristian koptların siyasi təşkilata başçılıq edən təmsilçisidir.
Partiyanın qurultayında 189 nümayəndənin 108-i onun lehinə səs verib.
Hala Şükrulla vətəndaş cəmiyyətinin qurulması sahəsində məsləhətçi şirkətə rəhbərlik edib.