Misirin müdafiə naziri general Əbdül Fəttah əs-Sisi qarşıdan gələn prezident seçkisində öz namizədliyini irəli sürmək niyyətindədir.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu haqda Misir KİV xəbər yayıb.
Yerli informasiya vasitələri bildirib ki, Misirin yeni Ana Yasası ilə bağlı referendum keçirildikdən sonra o, öz namizədliyini irəli sürəcək.
Ölkənin Müdafiə Nazirliyi isə bunları təkzib edib.