Misirin güc qurumları ölkənin keçmiş baş naziri Xişam Qandili həbs edib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda xəbəri Misir Daxili İşlər Nazirliyinin təmsilçisi verib.
Keçmiş hökumət başçısı paytaxt Qahirədə tutulub. O, artıq Tora həbsxanasına aparılıb. Həmin həbsxanada «Müsəlman qardaşları» hərəkatının liderləri də saxlanılır.
Həbs bu ilin aprelində məhkəmənin çıxardığı qərara əsasən keçirilib. Həmin qərara görə keçmiş baş nazir məhkəmə qərarını icra etmədiyi üçün bir illiyinə azadlıqdan məhrum olunub.
Məhkəmə onun özəlləşdirməni dayandırması ilə bağlı qərar çıxarmışdı. Xişam Qandil isə bu qərarı yerinə yetirməkdən imtina etmişdi.