Misirdən ölüm xəbəri gəldi
22 dekabr 2012 18:28 (UTC +04:00)

Misirdən ölüm xəbəri gəldi

Bu gün Misirdə yeni Konstitusiya ilə bağlı referendumun ikinci mərhələsində Kena əyalətində seçki məntəqələrinin birində dava-dalaş düşüb, 1 nəfər həyatını itirib.

 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə,  səsvermənin 19:00-da başa çatması mümkün olmadığı üçün artıq səsvermənin saat 23:00-a qədər uzadılması barədə də qərar verilib. Ümumilikdə 17 əyalətdə 25,5 milyon seçicini əhatə edən səsvermə sakit şəraitdə keçsə də, dekabrın 15-də keçirilən birinci turda olduğu kimi yenə də çoxsaylı pozuntular qeydə alınır. Bu pozuntulardan ən başlıcası səsvermənin gedişini müşahidə etməli olan hakimlərlə bağlıdır. Hakimlərin gəlməməsi, yaxud gecikməsi səbəbindən bir çox seçki məntəqələri bir neçə saat gecikməklə açılıb. Dünən Misir Mərkəzi Seçki Komissiyası 17 əyalətdə 6 min 724 məntəqədə seçkilərin müşahidə edilməsinə 10 mindən artıq hakim cəlb edəcəyini bəyan etsə də, hazırda seçki məntəqələrində seçkiləri müşahidə edən hakimlərin sayı 700 nəfərdən bir qədər çoxdur. Buna görə də Mərkəzi Seçki Komissiyasına artıq 100-dən çox şikayət gəlib. Bununla bərabər, seçki məntəqələrində Konstitusiya layihəsinin dəstəklənməsi yönündə açıq təbliğat aparılması halları da qeydə alınıb.

 

Referendumun nəticəsi sabah məlum olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1042

Oxşar yazılar

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu

Müəllim bu fotolarına görə işdən qovuldu

17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu:  bunu necə etdi?

Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?

17 iyul 2025 , 17:34