Misir hökuməti 2012-ci ilin fevralında stadiondakı toqquşmalarla bağlı ölüm hökmünün çıxarılmasından sonra baş verən çaxnaşmalarla əlaqədar Port-Səidə ordu yeridib. Lent.az-ın “Əl-Ərəbiyə” telekanalına istinadən verdiyi məlumata görə, şəhərə bütün giriş qapadılıb.
Ölüm hökmünə məhkum edilənlərin qohumları həbsxanalara hücum etməyə çalışırlar. Onların sayının 100-dən çox olduğu bildirilir. Aksiyaçılar yaxınlıqdakı polis məntəqəsini də ələ keçirməyə cəhd edirlər. Polis isə gözyaşardıcı qaz tətbiq edib. Toqquşmalar nəticəsində artıq 7 nəfər dünyasını dəyişib. Hökumətdən isə 2 polisin öldüyü bildirilir.
Qeyd edək ki, stadionda oyun zamanı faciəvi hadisədə 74 nəfər ölüb. Məhkəmə saxlanılanlardan 21-ə ölüm hökmü kəsib. Qalan 52 nəfərin cəzası martın 9-da açıqlanacaq.