Misirdə parlament və prezident seçkiləri yeni Ana Yasa qəbul edildikdən 6 ay sonra keçiriləcək.
Lent.az-ın «Röyter»-ə istinadən məlumatına görə, bu haqda uyğun bəyanatla müvəqqəti prezident Ədli Mənsur çıxış edib. O, vurğulayıb ki, əvvəlcə parlament, ondan sonra prezident seçkiləri keçiriləcək.
2014-cü il yanvarın 14-15-də ölkənin yeni konstitusiyası ilə bağlı referendumun keçirilməsi nəzərdə tutulub.