Misir DİN: «Yeni konstitusiyanın lehinə 95 faiz səs verilib» - YENİLƏNİB
16 yanvar 2014 11:17 (UTC +04:00)

Misir DİN: «Yeni konstitusiyanın lehinə 95 faiz səs verilib» - YENİLƏNİB

Daxili İşlə Nazirliyi Misirdə yeni konstitusiya layihəsi ilə bağlı referendumda seçicilərin 55 faizdən çoxu  iştirak etdiyi haqda açıqlama yayıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə,  seçicilərin 95 faizi yeni Ana Yasanın lehinə səs verib.

 

Referendumun rəsmi nəticəsi seçki məntəqələrinin bağlanmasından 72 saat sonra açıqlanacaq.

 

 

***

00.15

Misirdə yeni konstitusiya layihəsi ilə bağlı ikigünlük referendum başa çatıb.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, referendumun rəsmi nəticələri 72 saatdan sonra açıqlanacaq. Rəsmilər bildirib ki, birinci günü seçicilərin yarısından çox, təxminən 53 milyonu səsvermədə iştirak edib.

 

Referendumun ikinci günü daha sakit keçib.

 

İki gün ərzində polislə yeni Ana Yasanın qəbul edilməsinə qarşı olanlar arasındakı toqquşma nəticəsində 11 nəfərə yaxın etirazçı öldürülüb.  

 

Referendumun keçirilməsinin  təhlükəsizliyini 250 minə yaxın hərbçi və polis təmin edib. Qahirədə isə həmin günlərdə hərbi vertolyotlar da uçuş edib.

 

Yerli müşahidəçilər bildirib ki, yeni konstitusiyanın qəbul edilməsi keçid hökuməti baş nazirinin birinci müavini və müdafiə naziri əs-Sisin prezidentliyə yolunu açır. Referendumdan 6 ay sonra prezident seçkisinin keçiriləcəyi gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 701
avatar

Oxşar yazılar