Misir parlamentinin Yuxarı Palatası-Məsləhət Şurası «Ölkə daxilində təhlükəsizliyin təmin olunmasına ordunun qatılması haqqında» qanun qəbul edib. Bundan başqa prezident Məhəmməd Mursinin üç şəhərdə Port-Səid, Süeyş və İsmailiyyədə fövqəladə vəziyyətin tətbiqi ilə bağlı fərmanını təsdiqləyib.
Lent.az-ın "RİA-Novosti"-yə istinadən məlumatına görə,həmin qanuna əsasən, silahlı qüvvələr «bir sıra dövlət əhəmiyyətli obyektlərin qorunmasını və təhlükəsizliyi polislə birgə» həyata keçirmək hüquq verir.
Bu qanun ordu zabitlərinə mövcud qanunları pozan mülki vətəndaşları tutmaq, onları cinayətə məsuliyyətinə cəlb etmək haqqını da tanıyır.
Hərbçilər həbs etdikləri mülki vətəndaşları istintaq üçün prokurorlu orqanlarına təhvil verməlidir.
Məsləhət şurasının təsdiqlədiyi bu qanun ölkə KİV-də çap olunan kimi qüvvəyə minəcək. Parlamentin Aşağı Palatasına seçkilər keçirilənədək bu qanun qüvvədə olacaq.
Bu siyasi kampaniyanın isə Yuxarı Palata tərəfindən fevralın sonunda elan olunacağı gözlənilir.