Misirdə birinci mərhələdə səsvermə müddəti uzadılıb
16 dekabr 2012 07:24 (UTC +04:00)

Misirdə birinci mərhələdə səsvermə müddəti uzadılıb

0

Misirdə yeni Ana Yasa ilə bağlı referendumunu birinci mərhələsində səslərin sayılmasına başlayıblar.

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, müxalifət səsvermə zamanı çoxsaylı qanun pozuntularının olduğunu bildiriblər. Səsvermə bülletenlərinin bir çoxunda uyğun möhürün olmamasından tutmuş, səsvermə zamanı seçicilərin yönləndirilməsinədək belə siyasi kampaniyalarda baş verən bütün pozuntulara Misirdə də rast gəlinib. Səsvermə başa çatan kimi bir çox dairə və məntəqələrdə onun yekunu haqda məlumat yayılıb.

Referendumun təhlükəsizliyini 120 min zabit əsgər sərəncamlarındakı 6 min hərbi texnika, o cümlədən tank, zirehli döyüş maşınları ilə təmin ediblər.

Misirin yeni qanununa əsasən, referendumda səsvermə iki mərhələdə keçirilir – 15 və 22 dekabrda. Səsvermədə 18 yaşa çatmış 51 milyonluq ölkənin  bütün vətəndaşları iştirak edə bilər.

Referendumun birinci günü ölkənin 10 əyalətində, o cümlədən ən iri şəhərlərdə Qahirə və İsgəndəriyyədə  26 milyon seçici səs verə bilərdi. Ali Seçki Mərkəzi birinci mərhələdə səsvermənin vaxtını  dekabrın 17-i saat 20.00-dək uzadıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 711

Oxşar yazılar