Misir yenə qaynayır, ölənlər var
29 yanvar 2013 11:10 (UTC +04:00)

Misir yenə qaynayır, ölənlər var

Misirdə sabitlik yenə pozulub. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu gecə yüzlərlə aksiya iştirakçısı Prezident Sarayı yaxınlığında yerləşən Qahirə qubernatorluğunun binasına daxil olmağa çalışıb.

 

Polis aksiyaçıları uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə edib, havaya xəbərdarlıq atəşi açıb. Aksiyaçılar Təhrir meydanına üz tutublar. Təhrir meydanı yaxınlığında aksiyaçılarla polis arasında toqquşmalar hələ də davam edir. Kasr-en-Nil küçəsində aksiyaçılar gözyaşardıcı qazdan istifadə edən polisə yandırıcı maddələr, daş atırlar.

 

Prezident Məhəmməd Mursinin 30 gün fövqəladə vəziyyət rejimi elan etdiyi Süveyş şəhərində bu gecə də toqquşmalar davam edib. Süveyş və İsmaili şəhərində hakimiyyətdə olan islamçıların siyasətinə etiraz edən gənclər gecə saatlarında küçədə futbol oynayıblar.

 

Şənbə günü 40 nəfərin həyatını itirdiyi Port-Səid şəhərində isə minlərlə şəhər sakini prezidentin göstərişinə məhəl qoymadan mərkəzi meydana toplaşıb. Aksiyada Məhəmməd Mursinin istefası, Müsəlman Qardaşları Hərəkatının hakimiyyətinin devrilməsinin zəruri olması barədə şüarlar səsləndirilib. Şəhərdə bir polis şöbəsinə hücum nəticəsində isə 2 nəfər ölüb. Bu gecə Port-Səid şəhərində bir qrup silahlı həbsxanaya hücum çəkib. Ordlu bölmələri ilə atışmadan sonra silahlılar geri çəkilərək naməlum istiqamətə gediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684
avatar

Oxşar yazılar