Milyaderə 30 gün həbs kəsilib
16 dekabr 2012 01:55 (UTC +04:00)

Milyaderə 30 gün həbs kəsilib

0

Serbiya məhkəmə ölkənin ən varlı sahibkarı, milyarder Miroslav Mişkoviçi 30 gün müddətinə azadlıqdan məhrum edib. Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, o, korrupsiyada şübhəli bilinərək, saxlanılıb.

Ehtimal olunur ki, 2005-ci ildə Mikoşeviç və onunla əlbir olan bir qrup Serbiya yollarının özəlləşdirilməsindən 30 milyon avro qanunsuz gəlir əldə edib.

Miyaderlə birlikdə daha 5 nəfər, o cümlədən oğlu Marko da 30 gün müddətinə azadlıqdan məhurm olunub.

Miroslav Mişkoviç 1990-cı illərdə «Delta Holding»-i qurub. Ora pərakəndə satışla məşğul olan ticarət obyektləri, kəndə təsərrüfatı, maliyyə və başqa sahələr aiddir.

O, sahibkarlıq fəaliyyətində ən böyük uğuru 2000-ci ildə ölkədə gedən özəlləşdirmə zamanı qazınıb.

67 yaşlı bu iş adamının var-dövlətini iki milyard dollar dəyərində qiymətləndirilir. Ancaq varidatına görə, onun başqa bir serb iş adamı, «Zepter International»-ın yiyəsi Filip Tsenterdən (əsl adı isə Milan Yankoviçdir) geri qaldığı bildirilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1539

Oxşar yazılar