Millət vəkilləri əlbəyaxa oldular-GÖRÜNTÜLƏR
12 yanvar 2014 12:36 (UTC +04:00)

Millət vəkilləri əlbəyaxa oldular-GÖRÜNTÜLƏR

Türkiyə Böyük Millət Məclisinin ədliyyə komissiyasında Hakimlər və Prokurorlar Yüksək Qurumu ilə bağlı təklifin müzakirəsi zamanı dava düşüb. APA TV-nin xəbərinə görə,  müzakirələrdə İttihamçılar və Vəkillər Birliyinin keçmiş rəhbəri Ömər Faruk Eminağaoğlu təkliflə bağlı çıxış etmək istəyib. Lakin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatlar ondan yerinə oturmasını tələb ediblər.

 

Eminağaoğlu buna məhəl qoymayıb və kürsüyə doğru irəliləyib. Hakim partiyadan olan millət vəkillərinin ona mane olmaq cəhdi məsələyə Cümhuriyyət Xalq Partiyasından olan deputatların qarışmasına səbəb olub. Mübahisə qısa müddətdə davaya çevrilib. Dava zamanı hakim partiyadan olan deputat Zeyid Aslan Eminağaoğluna təpik atıb. Millət vəkilləri bir-birilərinə yumruq və təpiklə hücum edib, su şüşəsi, çanta, telefon və planşet atıblar.

 

Dava nəticəsində masalardakı mikrofonlardan bir neçəsi sınıb.

 

Ədliyyə komissiyasının rəhbərliyi iclası yarımçıq dayandırmalı olub. Komissiyanın sədri millət vəkillərini demokratik müzakirələrə çağırıb.

 

Dava nəticəsində İttihamçılar və Vəkillər Birliyinin keçmiş rəhbəri Ömər Faruk Eminağaoğlu və Cümhuriyyət Xalq Partiyasından olan deputat Mahmud Tanal xəsarət alıblar və xəstəxanaya müraciət ediblər.

 

APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4010
avatar

Oxşar yazılar