Fevralın 18-də milis və xüsusi təyinatlılar Kiyevdə Maydandakı nümayişi dağıtmağa başlayıb.
Lent.az-ın «BBC»y-ə istinadən məlumatına görə, milis səsgücləndirici vasitəsi ilə Maydana toplaşanları dağılışmağa çağıraraq, orada «antiterror əməliyyatının» keçiriləcəyini bildirib.
Meydana zirehli texnika yeridilib.
Kiyevdə həlak olanların sayı 9 nəfər çatıb. Onların ikisinin milis, 7 –sinini isə etirazçı olduğu bildirilib.