Almaniyanın kansleri Angela Merkellə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Fevralın 19-da A.Merkel bildirib ki, hər ikisi Ukraynada zorakılığın qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edəcəklər.
Parisdə jurnalistlərlə söhbətində kansler Almaniya, Polşa və Fransanın xarici işlər nazirlərinin fevralın 20-də Kiyevə gedəcəkləri haqda Putini məlumatlandırıb : «Ukraynadakı vəziyyətlə bağlı Rusiya ilə sıx əlaqə saxlayacağımız haqda razılaşdıq».
Ukrayna Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən gün 26 etirazçı həlak olub.