Mərakeş hakimiyyəti bildirib ki, ölkənin şimalında, İspaniyanın yarımanklav sahil Seut bölgəsində azı 7 mühacir həlak olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ölənlər arasında qadınlar da var.
Həlak olanlar Saxaranın cənubundakı ölkələrdən birinin vətəndaşlarıdır.
Onlar Seutla sərhədi keçərkən, Mərakeş sərhədçiləri tərəfindən saxlanılıb.
Sərhədçilərdən qaçmaq istəyən mühacirlərin bəzisi suda boğulub. Onların çoxu – 300 – 400-ü Mərakeş hakimiyyəti tərəfindən saxlanılıb.
İtaliyanın Hərbi Dəniz Qüvvələri isə Siciliya sahillərinə yönə alan min yüzdən çox mühacirin xilas edildiyini bildirib.