Fransanın Rouen şəhərindəki məktəblərin birində azyaşlılara səhvən pornofilmin izlədilib. Lent.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bununla bağlı Fransanın Təhsil Nazirliyi araşdırmalara başlayıb. Pornofilm qalmaqalı ilə bağlı istintaqın başlanıldığı bildirilir.
Təhsil Nazirliyindən verilən açıqlamada qeyd olunur ki, məktəb müəllimi həmin filmi cizgi filmi zənn edərək internetdə açıb və sinifdən çıxıb. Bunun da nəticəsində uşaqlar bir müddət həmin filmə baxmalı olublar. Bu hadisədən sonra valideynlər müvafiq qurumlara şikayət ediblər.