Meksikada maye qaz avtosisterni partlayıb: 19 nəfər ölüb, 36 nəfər yaralanıb
07 may 2013 21:05 (UTC +04:00)

Meksikada maye qaz avtosisterni partlayıb: 19 nəfər ölüb, 36 nəfər yaralanıb

Meksikanın  paytaxtı Mexiko yaxınlığında maye qazla dolu yük maşınının partlaması nəticəsində ölənlərin sayı  19-a çatıb, azı 30 nəfər yaralanıb.

 

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, yerli hakimiyyət təmsilçiləri bildirib ki, faciə nəticəsində 36 insan müxtəlif dərəcəli yanıq xəsarəti alıb.

 

Hadisə yerinin yaxınlığında olan yaşayış evlərinə, avtomobillərə ciddi ziyan dəyib. Yanğın artıq söndürülüb.  

 

Hadisə ilə bağlı araşdırma aparılır. Maye qaz daşıyan yük maşınının hərəkətdə olduğu zaman qəfil aşmasının səbəbləri aydınlaşdırılır.

 

 

Partlayışın səbəbi haqda açıqlama verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388
avatar

Oxşar yazılar