Meksikanın «Remex» dövlət neft şirkəti yanvardan Avropaya neft ixrac etməyə başlayıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, şirkət neft ixracatını şaxələndirmək və dünya bazarında mövqeyini möhkəmləndirmək niyyətindədir.
Mənbə bildirib ki, Avropa neft tədarükünü «Remex»-in «PMI Comercio Internacional» adlı filialı gerçəkləşdirəcək.
Ötən ilin dekabrında Meksika enerjidaşıyıcıları sahəsində islahat aparmaq barədə qərar qəbul edib. 1938-ci ildən dövlətin əlində olan «Remex»ə özəl şirkətlərlə müqavilə bağlamaq, iş adamlarının sərmayələrini cəlb etmək hüququ verilib.
Hesablamalara əsasən, islahatdan sonra hazırda «Remex» sutkada 2,5 milyon barel neft hasil edir, 2018-ci ildə isə şirkət bu rəqəmi 3 milyona çatdıracaq. Qaz hasilatının isə iki dəfə artırılaraq, sutkada 175,5 milyon kub metrə çatdırılaması nəzərdə tutulub.