ABŞ hakimiyyəti bildirib ki, axtarışda olan, meksikalı «Gödək» ləqəbli bir nömrəli narkobaron Xoakin Qusman hzəbs edilib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, «Sinaloa» adlı kartelə başçılıq edirmiş.
Qusman ölkənin Sinaloa ştatında ABŞ və Meksika narkotiklərə qarşı mübarizə polislərinin birgə əməliyyatı nəticəsində tutulub.
2001-ci ildə özəl mühafizə olunan həbsxanadan qaçdıqdan sonra onun barəsində axtarış elan olunub.
ABŞ-ın Dövlət Departamenti narkobaronun tutulmasına yardım edənə 5 milyon dollar mükafat verəcəyini boyun olmuşdu.
Son iki ilə onun ABŞ və Meksikada yaşayan bir neçə qohumu və yaxın Adamı həbs edilib.
«Forbes» jurnalı narkobaronun var-dövlətini bir milyard dollara yaxın dəyərləndirib.