Məhkəmə qalmaqallı toyu yasaqlayıb
22 dekabr 2012 06:39 (UTC +04:00)

Məhkəmə qalmaqallı toyu yasaqlayıb

0

 

 

Argentina məhkəməsi bacısının qatilinə ərə getmək istəyən qızla məhbus nişanlının toyunu müvəqqəti olaraq, yasaqlayıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, yekun qərarın dekabrın sonunda qəbul ediləcəyi gözlənilir.

Xatırladaq ki,23 yaşlı Argentina sakini əkiz bacısını qətlinə görə mühakimə olunmuş kişiyə ərə getmək istədiyini elan edib.

Onların nikahı 13 il azadlıqdan məhrum edilmiş nişanlı Viktor Sinqolaninin saxlanıldığı Patqoniya həbsxanasında kəsiləcəkdi.

 

Bacısının qatilinə ərə gedən əkiz tay Edit Kasas əminliklə bacısı Cohannanı Viktor Sinqolani öldürmədiyini bildirib. Öldürülən əkiz tay isə fotomodel işləyib. V.Sinqolani onunla yaxın münasibətdə olub.

 

Editin anası isə hesab edir ki, qızı psixiatra müraciət etməlidir.

 

Editin sözlərinə görə, anası KİV-ə məlumat verməsə idi, bu sakit bir toy olacaqdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1094

Oxşar yazılar