Ukraynanın məhbus keçmiş baş naziri Yuliya Timoşenkonun qızı Yevgeniya bildirib ki, anasının sağlıq vəziyyəti ağırdır.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, o, bu bəyanatla Kiyevdə Milli müqavimət hərəkatının qərargahında keçirdiyi brifinqdə çıxış edib.
Yevgeniya deyib ki, anası artıq 2,5 ildi açıq havaya çıxarılmır və təcridxanada saxlanılır: «Yarım il öncə professor Şaritin məsləhət gördüyü cərrahiyyə əməliyyatı edilmədiyindən səhhəti pisləşib. Keçirdiyi aclıq aksiyasında sonra çox zəiflədiyindən gəzmir».