Kiyevdə «Avromaydan»çılar tərəfindən tutulan Həmkarlar İttifaqı Evinin binasında partlayış baş verib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, olay nəticəsində fəallardan biri əlini itirib.
Mənbə bildirib ki, həmin kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Əlini itirən etirzaçının gözündən də zədələndiyi bildirilib.
Şahidlərin sözlərinə görə, o, dərman qutusunu açanda partlayış baş verib.