Ukraynada qarşıdurmalar və etiraz aksiyalarının səngimədiyi bir vaxtda məzuniyyət götürən prezident Viktor Yanukoviç işə çıxıb.
Qeyd edək ki, dövlət başçısı xəstəlik kağızı açdıraraq məzuniyyətə çıxmışdı. Tibbi məsələlər üzrə dövlət idarəsindən verilən məlumata görə, Ukrayna prezidenti kəskin respirator xəstəliyindən əziyyət çəkir.
Kiyevdə Müstəqillik Meydanında keçirilən aksiyalar isə davam edir. Qaçırılaraq 8 gün işgəncələrə məruz qalan Ukrayna müxalifətinin liderlərindən olan Dimitri Bulatov müalicə olunmaq üçün Litvaya gedib. Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda Bulatovun təxribat məqsədi ilə qaçırıldığı qeyd edilib.