Mandelanın üçüncü arvadı mirasdan imtina edib
04 fevral 2014 02:17 (UTC +04:00)

Mandelanın üçüncü arvadı mirasdan imtina edib

Cənubi Afrika Respublikasının 2013-cü ilin dekabrında mərhum prezidenti Nelson Mandeladan qalan var-dövlət açıqlanıb.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, fevralın 3-də açıqlanan vəsiyyətnaməsində ondan 4,1 milyon dollar həcmində var-dövlət qaldığı məlum olub.

 

Vəsiyyətnamə icraçıları bildirib ki, Mandelanın mirası ailəsi, ölkənin bir sıra ali və orta təhsil ocaqları, həmçinin siyasi komandasının üzvü olmuş bəzi şəxslər arasında bölüşdürməyi vəsiyyət edib.

2005-ci ildə tərtib edilmiş vəsiyyətnamənin müddəalarına qarşı məhkəmə iddiası üç ay ərzində ddiası qaldırıla bilər.

Onun üçüncü arvadı, Mozambik və Cənubi Afrika Respublikasının tanınmış siyasi xadimi Qrasa Maşel mirasdakı payından imtina edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 676
avatar

Oxşar yazılar