Afrika Birliyi Maliyə hərbi qüvvələrin göndərilməsinin xərclərini hesablayıb.
Lent.az-ın «Frans Press»-ə istinadən məlumatına görə, bu ölkəyə hərbi yardım birliyə 460 milyon dollara başa gələcək. Təşkilat isə onun 10-da birini ödəməyə hazır olduğunu bildirib. Qurumun təhlükəsizlik və sülh məsələləri üzrə komissarı Ramtane Lamamara deyib ki, Afrika Birliyi hərbi dəstək üçün 50 milyon dollar ödəməyə hazırdır.
Bu layihə Afrika ölkələrin təmsilçilərinin Efiyopiyanın paytaxtı Əddis –Əbəbədə Malidəki vəziyyətə həsr olunmuş yığıncaqda açıqlanıb.
Yanvarın 29-da isə orada Malinin sponsorlarının beynəlxalq konfransı keçiriləcək.