Özünü Malakka sultanı kimi təqdim edən kişini Malayziya polisi həbs edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ehtimal edilir ki, cəmiyyətdəki vəziyyətindən yararlanaraq, fəxri ad «paylayırmış».
Malayziyanın ştatlarına sultanlar başçı olur, onlardan biri kral kimi bütün ölkəyə rəhbərlik edir.
Malayziya seçkili konstitusiyalı federativ monarxiyadır. Ştatlara başçılıq edən 9 monarxdan biri 5 illiyinə kral seçirlər.
Malakka isə sultan tərəfindən idarə olunmayan nadir ştatdır. Bu əyalətə qubernator başçılıq edir.