Macarıstan parlamenti əcnəbilərin ölkədən torpaq satın alması məsələsi ilə bağlı Ana Yasaya dəyişiklik edib.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, Avropanın başqa dövlətlərindən ucuz satılmaması üçün 2004-2011-ci illərdə əcnəbilərin bu ölkədə torpaq yiyəsi olması üçün moratorium mövcud idi.
Macarıstan Kənd Təsərrüfatı Nazirliyi bildirib: «Ana yasamız macar torpaqların milli sərvət, ümumi miras kimi xarici və daxili möhtəkirlərdən bundan sonra da qoruyacaq».
Nazirlik bu dəyişikliyi kənd təsərrüfatında «yeni eranın» başlaması adlandırıb.
Əcnəbilərə torpaq satılmasını yasaqlayan qanunun lehinə parlament üvzlərinin çoxu səs verib.