Lotereya milyonçusunu zəhərləyiblər
Lotereyada bir milyon dollar udan ABŞ vətəndaşı uduşu aldığı günün səhəri sianidlə zəhərlənib.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, 46 yaşlı Oruc Xan(Urooj Khan) ötən ilin yayında Çikaqodakı mağazalardan birindən lotereyanın alıb, elə oradaca onun üst qatını silib. Bundan sonra milyon udduğunu bilib. 2012-ci il iyunun 26-da qalibə rəmzi qəbz təqdim edilib.
Ekspert həkimin dediklərinə əsasən, o, uduşu iyulun 20-də alıb, bir gün sonra ölüb. Aparılmış ekspertiza olayın təbii baş verdiyini bildirsə də, ailə üzvləri təkrar yoxlama istəyib. Onda Oruc Xanın zəhərləndiyi müəyyən edilib. Bunu edən məlum deyil. Yaxınlarının dediyinə görə, Xanın kimyəvi təmizləmə sexi olub. O, bu pulla borclarını ödəyib, qalanına isə işini genişləndirmək istəyirmiş.