
Londonda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə tədbir keçirilib.
APA-nın London bürosunun məlumatına görə, London Azərbaycan Evində baş tutan tədbirdə 18 oktyabr – Dövlət Müstəqilliyi Günü ilə bağlı videoçarx nümayiş etdirilib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə müstəqilliyin, inkişaf və davamlı tərəqqinin əhəmiyyətindən danışıb.
Azərbaycan Evinin qurucusu Ali Tekin Atalar hər il 18 oktyabrda qeyd edilən Dövlət Müstəqilliyi Gününün Azərbaycan tarixinin ən mühüm günlərindən biri olduğunu qeyd edib. O, azərbaycanlı və xarici qonaqlara Dövlət Müstəqilliyi Gününün tarixindən danışıb.
Daha sonra antropoloq və etnoqraf, 50-dən çox akademik nəşrin müəllifi olan Tamara Dragadze çıxışında Azərbaycanla bağlı xatirələrini bölüşüb və qonaqların Azərbaycan tarixi ilə bağlı suallarını cavablandırıb.
Oxşar yazılar

Rusiyada Şahin Şıxlinskinin oğlu saxlanıldı-YENİLƏNİB
15 iyul 2025 , 23:09
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadıldı
15 iyul 2025 , 22:31
Ox uşağın beynini deşdi, sağ qaldı
15 iyul 2025 , 17:44
İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş
15 iyul 2025 , 13:20
Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər
15 iyul 2025 , 12:36
115 yaşlı marafonçu faciəli şəkildə öldü
15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI
15 iyul 2025 , 11:13