On aylıq danışıqlardan sonra Livanda yeni hökumət formalaşıb.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, yeni baş nazir namizədliyi ötən ilin aprelində bəyənilmiş Tamam Salam olub.
Yeni kabinetdə 24 nazir yer alıb. Onların arasında Suriyadakı rejimi dəstəkləyənlər və ona qarşı olanlar da var. Tamam Salam bildirib ki, prezident Mişel Süleymanın səlahiyyət müddəti başa çatanadək yeni hökumət prezident seçkisinin keçirilməsini təmin etməyə çalışacaq. Mişel Süleymanın səlahiyyət müddəti isə 2014-cü ilin mayında bitir.
Bundan başqa yeni baş nazir ölkədə siyasi böhrana görə təxirə salınan parlament seçkilərinin də keçirilməsini təmin etməlidir.
Livanın yeni xarici işlər naziri hizbullahçı 8 Mart blokununun başçısı Əli Həsən Xəlil olub. Daha bir hizbullahçı maliyyə naziri portfelini qazanıb.
Livandakı erməni Artur Nazaryan isə Livanın energetika naziri olub.
Kabinetin yeganə qadın üzvü Əlis Şabtini daxili mühacirət naziri olub.